AZ

Dollar ucuzlaşacaq? – Vacib qərar açıqlandı

ABŞ-ın mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyat Sistemi (FED) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasının sonunda uçot dərəcəsini 50 baza bəndi – illik 4.75-5.25% səviyyəsinə endirib.
Bu barədə RBC.ru tənzimləyicinin press-relizinə istinadən məlumat yayıb. Bu, 2020-ci ilin martından bəri ilk azalmadır.
ABŞ-da bir ildən artıq müddət ərzində bu göstərici son 20 ilin maksimum həddinə çatdırılıb və 5.25-5.5% səviyyəsində olub. FED 2023-cü ilin iyul ayından etibarən faizləri bu səviyyədə saxlayıb.
FED-in faizlərlə bağlı növbəti iclası 6-7 noyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir. Onun azalması valyutanı ucuzlaşdıra bilər.|Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
15
arantv.az

10Mənbələr