AZ

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Bakı və rayonlarda pensiyaların və sosial müavinətlərin verilməsi ayrı-ayrı vaxtlarda həyata keçirilir. Hətta pensiyalar bəzən rayonlar arasında da fərqli vaxtlarda köçürülür.

Bəs bunun səbəbi nədir?

Modern.az məsələ ilə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili saytımıza açıqlamasında bildirib ki, proses mərhələli şəkildə həyata keçirilir:

"Pensiyanın verilməsində hər hansı bir gecikmədən söhbət getmir. Pensiyaların ödəniş tarixi cari ayın pensiyasının ödəndiyi tarixdir. Yəni ay bitmədən pensiyalar ödənilir. Ayrı-ayrı vaxtlarda pensiyaların ödənilməsi isə adi qrafikdir. Hər hansı proses həyata keçirdikdə mərhələli şəkildə icra olunur. Biz də pensiyaların ödənişini mərhələli şəkildə həyata keçiririk".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
turkustan.az

5Mənbələr