AZ

Sünnət qalmaqalı! Ölkəni ayağa qaldırdı

Bəzi alətlərdə pas və xəstə dərisi izləri aşkar edilib

Britaniya məhkəməsi keçmiş həkimin oğlan uşaqlarını sünnət etmək üçün paslı tibbi alətlərdən istifadə etdiyini və onlara kifayət qədər ağrıkəsici vermədiyini aşkarlayıb.
Sherg.az xəbər verir ki, Mohammed Siddiqui adlı həkim tibbi dəstini lazımi qaydada sterilizasiya etməməkdə günahlandırılır, polis onun avtomobilində çoxlu tibbi ləvazimat tapıb. Bəzi alətlərdə pas və xəstə dərisi izləri aşkar edilib.

Məhkəmənin məlumatına görə, ölkədə müsəlmanlara sünnət etmək üçün təyinat əsasında evlərə baş çəkən 58 yaşlı kişi ümumi praktik həkimdir. Britaniya mətbuatının yazdığına görə, həkim əvvəlcə işdən uzaqlaşdırılıb, sonra isə qovulub, lakin o, hələ də sünnəti icra etməyə davam edib və bir oğlan ona görə xəstəxanaya yerləşdirilib.

Prokuror Ben Douglas-Jones KC, həkimin "mənfəəti maksimuma çatdırmaq üçün mümkün qədər tez" prosedurları həyata keçirdiyini və "qısa yollardan istifadə etdiyini" və "lazımsız ağrı, əzab, qəddarlıq və riskə səbəb olduğunu" vurğulayıb.

Məhkəmə həmçinin Siddiqi tərəfindən sünnət edilərkən 15 yaşında olan bir oğlanın  qanaxmaya görə təcili yardımla xəstəxanaya aparılmalı olduğunu müəyyənləşdirib. Adı açıqlanmayan uşaq, qanaxmanın Siddiqinin evdən çıxdıqdan təxminən 20-30 dəqiqə sonra başladığını söyləyib.

Məhkəmənin məlumatına görə, uşağın anası Siddiqi köməyə çağırmağa çalışsa da, qatil həkim telefonu qaldırmayıb.
Sıddıkinin uşaqlara ağrıları varsa 'vazelin istifadə etmələrini' tövsiyə etməsi də mətbuata əks olunan məlumatlar arasındadır. "Mən onun əsl həkim olduğuna inanırdım, ona görə də narahat olmadım", - tikişə ehtiyacı olan oğlan deyir.

Siddiqui, 2012-ci ildən bəri 1200-dən 1500-ə qədər belə prosedurlar etdiyini söyləyib. O, polisə deyib ki, körpələr "bir sıra səbəblərdən" ağlaya bildiyi üçün anestezik kremin işlədiyini bilmək bəzən "çətindir". Sidqi ona qarşı irəli sürülən 39 ittihamı rədd edir, iş davam edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
sherg.az

1Mənbələr