AZ

Hindistan silahları Ukraynayaçatdırılıb

Reuters mənbələrə istinadən yazır ki, Hindistan Rusiyanın etirazlarına baxmayaraq, öz artilleriya mərmilərinin Avropa vasitəsilə Ukraynaya ötürülməsinə mane olmur.


Hindistanın silah ixracı qaydaları onların istifadəsini və icazəsiz ötürülməsini məhdudlaşdırır. Amma artıq bir ildən çoxdur ki, Ukraynaya gəlir.

Kreml yüksək səviyyəli şəxsi görüşlərdə ən azı iki dəfə məsələ qaldırıb. Yeni Dehlinin nə cavab verdiyi məlum deyil.

Hindistan mənbələri deyirlər ki, söhbət İtaliya və Çexiya vasitəsilə Ukraynaya çatan çox az miqdarda sursatdan gedir. Yeni Dehli Ukraynadakı müharibəni özünün yeni yaranmaqda olan silah ixracı sektorunu inkişaf etdirmək üçün bir fürsət olaraq görür.

Gömrük qeydləri göstərir ki, işğaldan əvvəlki iki il ərzində Hindistan İtaliya, Çexiya, İspaniya və Sloveniyaya 2,8 milyon dollar dəyərində sursat komponentləri ixrac edib. Və 2022-ci ilin fevralından 2024-cü ilin iyuluna qədər bu rəqəm 135,25 milyon dollara yüksəldi və Hindistan hazır sursat ixrac etməyə başladı.

 

Miri

 

Seçilən
4
oxu24.com

1Mənbələr