Bakıda Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) və Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” çərçivəsində 4 sənəd imzalanıb.
FED.az xəbər verir ki, bunlar aşağıdakılardır:
- BANM və Böyük Britaniyanın Dövlət Maliyyəsi və Mühasibatlıq İnstutu Anlaşma Memorandumu;
- APFM və Rumıniyanın Maliyyə Auditorları Palatası (CAFR) arasında Əməkdaşlıq Memorandumu;
- APFM və Monteneqronun Mühasiblər və Auditorlar İnstitutu (IAMM) arasında Əməkdaşlıq Memorandumu;
- APFM və Özbəkistanın Auditorlar Palatası arasında Əməkdaşlıq Memorandumu. (Report)