AZ

"Ermənistan pasportu almışam" - Şuşaya merlik etmiş Sarkisyan

"2023-cü il sentyabrın 19-da Azərbaycan müharibəyə başladı. Bütün bunların tamamilə təşkil edildiyi qənaətinə gəldim. O vaxt Ermənistan hökumətindən heç bir bəyanat yox idi, hətta Nikol Paşinyan da bəyan etmişdi ki, Azərbaycandan Qarabağ erməniləri üçün birbaşa təhlükə yoxdur". 

"Unikal" xəbər verir ki, bunu Qarabağın işğalı zamanı Şuşa şəhərinə merlik edən Artsvik Sarkisyan deyib. 

Onun sözlərinə görə, Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyandan bəri hər şey təşkil olunub: "Onlar bilirdilər ki, bu, növbəti mərhələdir, bu baş verməlidir.

Bizi Ermənistanda qaçqın kimi tanımaq belə istəmirlər, 30 ildir ki, Azərbaycan öz qaçqınlarının məsələsini təbliğ edir, Ermənistan hökuməti isə heç bir il keçməyib, ümumiyyətlə, bizim məsələmizi bağlamaq istəyir. Əgər bizi qaçqın kimi tanımırlarsa, sabah və ya o biri gün harada olduğumuzu dünyaya necə deyəcəyik? Mən Ermənistan pasportu almışam, harada doğulduğum yazmır, sadəcə Ermənistan vətəndaşı yazılıb, yaxşı, bəs mən harada doğulmuşam?"

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
unikal.az

1Mənbələr