AZ

Moldova ordusunun keçmiş baş qərargah rəisi dövlətə xəyanətdə ittiham olunur

Moldova Milli Ordusu Baş Qərargahının keçmiş rəisi İqor Qorqana qarşı dövlətə xəyanətdə ittiham irəli sürülüb.

Bu barədə Prokurorluğun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (PCCOCS) nümayəndəsi Emil QayturTV8 telekanalında məlumat verib.

Qeyd olunur ki, hərbçi iyunun 13-də ona qarşı başlanmış cinayət işi çərçivəsində məhkəmə qarşısına çıxacaq.

“Əvvəlcədən PCCOCS prokurorlarının elan etdiyi işdə iştirak edən şəxsə təqsirləndirilən şəxs statusu verilib. Cinayət işinin istintaqı davam edir və şəxs qanuna uyğun olaraq məhkəmənin yekun qərarı çıxana qədər təqsirsizlik prezumpsiyasından istifadə edir”,-deyə məlumatda qeyd edilib.

Seçilən
7
aznews.az

1Mənbələr