AZ

“Digərlərini Messi ilə müqayisə etmək səhvdi”

İspaniya millisinin sabiq hücumçusu David Vilya “Barselona”nın 17 yaşlı vingeri Lamin Yamal və kataloniyalıların sabiq ulduzu Lionel Messi arasında aparılan müqayisələrə cavab verib. Matc.az xəbər verir ki, Vilya bu iki oyunçu arasında müqayisəni yersiz sayır. Onun fikrincə, vaxtilə birgə oynadığı argentinalı hamıdan güclüdü: “Lamin xüsusi oyunçudu, unikaldı, əvvəllər belə şey görməmişdik. Amma dəfələrlə demişəm ki, oyunçuları Messi ilə müqayisə etmək səhvdi. Bu, istənilən futbolçuya aiddi, istər Lamin, istər Haland, istərsə Mbappeyə. Lionel hamıdan fərqlidi. Amma Yamalın etdikləri bizi düşünməyə vadar edir ki, onun limiti hara qədərdi”. Qeyd edək ki, Lamin Yamalın transfer dəyəri 120 milyon avro olaraq qiymətləndirib. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
matc.az

1Mənbələr