AZ

Uğurlu sonluğun yeni bir uğurlu başlanğıcı  - AÇIQLAMA

"Bu gün Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən 19-20 sentyabr 2020-ci ildə Qarabağda   həyata keçirilən və  Azərbaycanın suverenliyinin bərpa olunub, separatzimin   tamamilə kökünün kəsilməsi ilə  nəticələnən uğurlu antiterror tədbirlərindən bir il ötür. Ötən bir ilə nəzər saldıqda bu əməliyyatın  nə dərə böyük  siyasi tarixi əhəmiyyət kəsb etdiyini dərk edirsən.

Bu uğurlu siyasətin başlanğıcı 30 il əvvələ 1994-cü ilin 20 sentyabrda Ulu öndər Heydər Əliyevin liderliyi altında imzalanan "Əsrin müqaviləsi"nə söykənir. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"   təkcə dövründə Azərbaycanın siyasi xəritədən silinmə təhlükəsinin qarşısını alaraq, ölkədə qısa zamanda siyasi sabitliyin təmin olunub  sürətli iqtisadi inkişaf   mərhələsinə qədəm qoymasına səbəb olmadı, həm də  hərtərəfli güclü, qüdrətli dövlətə çevrilərək ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpası ilə nəticələndi. Azərbaycan "Əsrin müqaviləsi"nin imzalanmasından 26 il sonra 2020-ci ilin sentaybrında başlatdığı hərbi əməliyyatlarla ərazi bütövlüyünü, 29 il sonra 2023-cü ilin sentyabrın 19-da başlatdığı uğurlu antiterror  tədbirləri ilə suverenliyini bərpa etdi".

 Bunu Ölkə.Az-a açıqlamasında VI çağırış  Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Sabiq deputat  bildirib ki, 1994-cü ildə ən mürəkkəb geosiyasi  vəziyyətin hökm sürdüyü bir zamanda  Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycanın gələcək geostrateji inkişafına xidmət edən "Əsrin müqaviləsi"nə imza atdı. "Günümüzdən o dövrə baxanda imzalanan sənədin  nəinki Azərbaycan  üçün, ümumilikdə Cənubi Qafqaz, Türk dünyası üçün nə qədər böyük əhəmiyyət kəsb edən bir sənəd olduğu  dərk edilir və belə də qiymətləndirilir. Azərbaycan "Əsrin müqaviləsi"ni imzalamqla  bölgədə geosiyasi mənzərəni öz xeyrinə dəyişmək istiqamətində ilkin addımlarını atdı və sonrakı dövrlərdə  də  bu siyasəti uğurla davam etdirdi. Sonucda  "Əsrin müqaviləsi" əsrin qələbəsi ilə nəticələndi. Azərbaycan  suveren hüquqlarını bərpa etməklə tam müstəqil bir dövlət oldu. "Əsrin müqaviləsi"nin 30 ilinin tamam olduğu  20 sentyabr Azərbaycan  Suverenlik günü elan edildi. 20 sentyabr 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" 20 sentyabr 2023-cü ildə Azərbaycan öz suverenliyinin bərpa etməklə bölgədə yeni geosiyasi reallıqlar yaratdı. Bu isə bir uğurlu başlanğıcın yekunudrsa, yeni bir dövrün uğurlu başlanğıcıdır. Bu baxımdan da   20 sentyabr-Neftçilər günü ilə 20 sentyabr- Suverenlik günü bir birini tamamlayan bir hadisədir. Çünki Azərbaycan enerji amilindən öz milli problemlərinin həlli üçün  faydalana bildi", - o qeyd edib.

 Yusifov əlavə edib ki, Azərbaycan artıq yeni-yeni  uğurlar, qələbələr üçün yeni dövrün qapılarını açıb: 

"Azərbaycan  uğurlu neft-qaz siyasətini "yaşıl enerji"  ilə  paralel inkişaf etdirməyi  strateji hədəf kimi qarşısına qoyub.  Azərbaycan  neft-qaz sahəsində olduğu kimi, "yaşıln enerji" sahəsində də belə bir iddianı həyata keçirmək gücünə, potensialına malikdir.   Azərbaycan   bu məsələdə  təkcə öz potensilından deyil, bütövlükdə Cənubi Qafqaz və Orta Asiyanın imkanlarından faydalanmaqla "yaşl enerji"nin Orta Dəhlizini formalaşdırmaq niyyətindədir.  Artıq bu istiqamətdə ciddi uğurlara da imza atmaqdadır. Noyabrda  Bakıda qlobal iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində keçiriləcək COP29 Zirvə toplantısı da buna xidmət edəcək.  Əminəm ki,  cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən, çevik  və qətiyyətli siyasəti nəticəsində Azərbaycan başlanan bu yeni dövrdə də yeni-yeni qələbələrə və Avrasiya coğrafiyasında ölkəmizin xeyrinə olan yeni reallıqların yaranmasına  imza atacaq".


 Mürtəza
Ölkə.Az

Seçilən
27
50
olke.az

10Mənbələr