AZ

Azərbaycanda qızılcaya yoluxma halları azalıb - SN (FOTO)

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisininqızılca və məxmərək xəstəliklərinin eliminasiyası üzrə ekspertqrupunun Azərbaycana missiya səfəri baş tutub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə,missiyanın əsas məqsədiötən il ölkəmizdə qızılca hadisələri ilə bağlı xəstəliyinalovlanmasının qarşısının alınması sahəsində görülən işlərinqiymətləndirilməsidir. Səfər çərçivəsində beynəlxalq ekspertlərtərəfindən epidemioloji nəzarətə dair monitorinq və xariciqiymətləndirmə işləri həyata keçirilib.

Missiyanın yekununda qızılca alovlanmasına qarşı ölkədə aparılancavab tədbirləri, laborator imkanların qiymətləndirilməsi,Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyastatusunun qorunub saxlanmasına dair fəaliyyətlərinplanlaşdırılması məqsədilə Azərbaycan Respublikası SəhiyyəNazirliyində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)struktur rəhbərlərinin və beynəlxalq ekspertlərin iştirakı iləgörüş təşkil olunub.

Görüşdə çıxış edən missiya nümayəndələri qızılca və məxmərəkxəstəliklərinin eliminasiyasının ÜST-nin Avropa Regional Bürosununqarşısında duran prioritet məsələlərdən biri olduğunuvurğulayıblar.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin İctimai səhiyyə vəxəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova qeyd edibki, ÜST tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraqqızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisindəendemik halların qeydə alınmaması) elan edilib.

Bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayındanbaşlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhaliarasında xəstəliyin ocaqlı yayılma halları qeydə alınıb. SəhiyyəNazirliyinin şöbə müdiri hazırda ölkəmizdə qızılca və məxmərəkxəstəlikləri üzərində epidemioloji vəziyyətin tam nəzarət altındaolduğunu diqqətə çatdırıb. Belə ki, Səhiyyə Nazirliyi tərəfindənUNICEF xətti ilə ölkəyə ÜST-nin prekvalifikasiyasından keçmişvaksin preparatları gətirilib və əhali arasında vaksinasiyakampaniyası aparılmaqdadır. Həyata keçirilən əks-epidemik vəprofilaktik tədbirlər nəticəsində qızılca hadisələrinin sayıminimuma çatıb və hazırda epidemioloji sabitlik əldə edilib.

Sonda missiya nümayəndələri Azərbaycanda qızılca alovlanmasınadair görülən işləri yüksək dəyərləndirib.

Azərbaycanda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
10
az.trend.az

10Mənbələr