AZ

ArtKvadrat səhnəsində Azərbaycan musiqisi qeyd edilib

18 Sentyabr Azərbaycanda musiqi günü kimi qeyd edilir.Ufa şəhərində Yaradıcı və Elmi ziyalıların formunda Azərbaycanı təmsil edən gənc ifaçılarımız Cahangir Cahangirov adına xorun solistləri Mədinə Mirzəyeva, Zeynəb Nəcəfli, Elmin İbrahimov ArtKvadrat səhnəsində Azərbaycan musiqisi ilə çıxış ediblər.Məlumat üçün qeyd edək ki, Sentyabrın 17-dən 19-dək Ufa şəhərində keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XVII Forumunda Başqırdıstan Respublikasının Milli Kitabxanası unikal “MDB xalqlarının mədəni irsi” adlı sərgisini təqdim edir.Sərgidə kitabxana fondlarından MDB xalqlarının tarixi və mədəniyyətinə həsr olunmuş ən yaxşı və məzmunlu kitablar təqdim olunur.Tədbirin məqsədi ümumi mədəni səriştənin formalaşdırılması, MDB ölkələri xalqlarının ədəbiyyat dünyasına yiyələnmə, mütaliə mədəniyyətinin və xalqlar dostluğunun təbliğidir.

ADEX

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
baku.news

2Mənbələr