AZ

Məhkəmə Fazil Qasımovu həbsdə saxlayıb

98 gündür aclıq aksiyası keçirən İstanbul Universitetinin doktorantı Faziil Qasımov bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O, saxta pullarla heç bir əlaqəsinin olmadığını və ona qarşı açılan cinayət işin siyasi xarakter daşıdığını bildirib.

Vəkil Rövşanə Rəhimova isə öz növbəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldıraraq, Qasımovun uzun müddət aclıq aksiyası keçirdiyi üçün vəziyyətinin ağır olduğunu qeyd edib.

Qasımov özü bildirib ki, Penitensiar xidmətin tibb müəssisəsində hər gün 1-2 nəfər dünyasını dəyişən ağır xəstələrlə bir şöbədə saxlanılır.

Qasımovun sözlərinə görə, onun təzyiqi 50/30-a düşür və bu, ölümcüldür. O, həmçinin bildirib ki, həbsxana xəstəxanasında ona psixoloji təzyiqlər olur, işçilər qəsdən onun yanında yemək yeyirlər.

Dövlət ittihamçısı Qasımovu qeyri-səmimilikdə və aclıq aksiyası imitasiyasında ittiham edib. Prokuror Qasımovu aclıq aksiyası keçirməməyə, təqsirsiz olduğunu sübut edən sübutları məhkəməyə təqdim etməyə çağırıb.

Nəticədə məhkəmə vəsatətləri rədd edib. Növbəti məhkəmə iclası oktyabrın 10-na təyin edilib.

İyulun 26-da 1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb şöbəsində saxlanılan Fazil Qasımov aclıqdan səhhəti kəskin pisləşdiyi üçün Penitensiar Xidmətin Mualiçə müəssisəsinə köçürülüb.

O, 2023-cü il avqustun 8-də İstanbulda həbs edilərək Azərbaycana aparılıb. O, tanınmış iqtisadçı və Azərbaycan hökumətini tənqid edən Qubad İbadoğlu ilə birgə saxta pul istehsal etməkdə ittiham olunurdu.

Hazırda Fazil Qasımovun cinayət işinə Qubad İbadoğlunun cinayət işindən ayrı baxılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
turan.az

2Mənbələr