AZ

Bayden aktrisadan ona iş tapmasını istədi

Yaşı və səhhəti ilə bağlı tənqidlərdən sonra ABŞ prezidentliyinə namizədliyini geri götürən Co Bayden yenə diqqət çəkməyi bacarıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bayden "namizədliyini geri götürmək" çağırışlarının artmasına görə noyabrın 5-də keçiriləcək prezident seçkilərindən geri çəkilib. O, 2025-ci ilin yanvarında səlahiyyət müddəti başa çatana qədər prezident və baş komandan kimi vəzifəsini davam etdirəcək. 

Demokrat Partiyasının namizədliyini müavini Kamala Harrisə təhvil verən Bayden Milli İspan İrsi Ayı tədbirində təqaüdə çıxacağı ilə bağlı etdiyi zarafatla hamını güldürüb. 

Ağ Evdə keçirilən tədbirdə Meksika əsilli aktrisa Cessika Albanı da qonaq edən ABŞ prezidenti məşhur ada yaxınlaşaraq “Cessika, həqiqətən yaxşıyamsa, bəlkə mənə iş tapa bilərsən” deyib.

Bu sözlər zaldakı iştirakçıların gülüşünə səbəb olub. 

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
unikal.az

1Mənbələr