AZ

Putin Sankt-Peterburqda istehsal olunan PUA-lara baxış keçirib

Rusiya prezidenti Vladimir Putin sentyabrın 19-da Sankt-Peterburqda STC müdafiə müəssisəsinin ərazisində pilotsuz uçuş aparatlarının (PUA) nümunələrinə baxış keçirib. Məlumatı “İzvestiya.ru” verib.

Aydınlaşdırılır ki, “Xüsusi Texnologiyalar Mərkəzi” avtomatlaşdırılmış radiomonitorinq, informasiya təhlükəsizliyi, elektron müharibə, PUA-lar, o cümlədən, rabitə sistemləri üçün xüsusi avadanlıq və komplekslərin istehsalı üzrə liderlərdən biridir.

Putinlə birlikdə müdafiə naziri Andrey Belousov, Rusiya Federasiyası Baş nazirinin birinci müavini Denis Manturov, Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin və prezidentin köməkçisi Aleksey Dyumin silah nümunələrinin yoxlanılmasında iştirak ediblər.

Müdafiə sənayesi müəssisəsində onlara izlənilən platformalar, kamikadze pilotsuz uçan aparatlar, pilotsuz uçuş aparatı ilə kəşfiyyat sistemləri, eləcə də döyüş sursatlarının nümunələri nümayiş etdirilib.

  

P.ƏMİRCANOV

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
xalqqazeti.az

1Mənbələr