AZ

Hakan Fidan Ankaranın BRİKS-ə üzv olmaq istədiyini təsdiqlədi

Ankaranın BRİKS-ə üzv olmaq istədiyi təsdiqlənib.Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib:"Qlobal miqyasda davam edən diversifikasiya fonunda biz, şübhəsiz ki, ticarət və iqtisadi əməkdaşlıqla bağlı müxtəlif variantları nəzərdən keçiririk. BRİKS indi bir platformadır, lakin o, kifayət qədər institusionallaşdırılmayıb. Biz BRİKS-ə qoşulanda hər şeyin necə inkişaf etdiyini görəcəyik. Biz bunu səbirsizliklə gözləyirəm.

Hakan Fidan hesab edir ki, Türkiyənin Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı bloka tamhüquqlu üzvlüklə nəticələnsəydi, Ankara bütövlükdə alternativ yollar axtarmazdı. Lakin o, əlavə edib ki, Ankara hər zaman ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar axtarır.

Seçilən
12
metbuat.az

1Mənbələr