AZ

Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür » AzadMedia.az


Azərbaycanın Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti sülh planına düzgün yanaşmanın vacibliyini göstərir.

Bu barədə "The Standard" qəzetində dərc olunan məqalədə deyilir.

Müəllif “Qarabağın bərpası müharibədən zərər çəkmiş regionlara necə ümid verir” başlıqlı məqaləsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hadisələrin ətraflı icmalını təqdim edir.

O qeyd edib ki, Azərbaycan ərazilərinin təxminən otuz illik erməni işğalından sonra regionda həyatın sürətlə bərpasının qarşısında duran əsas maneələrdən biri mina təhlükəsi olub. Bunun nəticəsində 1991-ci ildə münaqişənin başlanğıcından bəri azərbaycanlılar arasında mina qurbanlarının ümumi sayı 3456 nəfərə çatıb.

Məqalədə vurğulanıb ki, Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsi prosesinə böyük diqqət yetirir. Xüsusilə, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin məlumatına görə, son dörd ildə ölkə humanitar minatəmizləmə işlərinə təxminən 350 milyon ABŞ dolları xərcləyib.

Nəşr qeyd edib ki, Azərbaycan hakimiyyəti regionda fəal şəkildə infrastrukturun tikintisini aparır, nəqliyyat və enerji sektorlarına xüsusi diqqət yetirir: "Regiona (Qarabağa) giriş iki beynəlxalq hava limanının Füzuli və Zəngilanda tikintisi sayəsində asanlaşıb, daha bir hava limanı - Laçında işlər tikinti mərhələsindədir, həmçinin avtomobil və dəmir yollarının tikintisi üzrə iri layihələr həyata keçirilir".

“Yol şəbəkəsi həqiqətən də Qarabağ regionunun iqtisadi və sosial bərpasının ən vacib elementi olaraq qalır”, - müəllif vurğulayıb.

Məqalədə qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzura artıq 8 min nəfərə yaxın insan qayıdıb, 2024-cü ilin sonuna qədər onların sayı 20 min nəfərə çatacaq. Bununla əlaqədar regionda fəal mənzil tikintisi həyata keçirilir.

Müəllif vurğulayıb ki, Azərbaycan hökuməti üçün daha bir prioritet bu regionun tam enerji təchizatını təmin edəcək "yaşıl enerji"nin inkişafıdır: “Bu, xüsusi maraq doğurur, çünki bu ilin noyabrında ölkə COP29-a, 2026-cı ildə isə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək”.

"Cənubi Qafqazda dayanıqlığın möhkəmləndirilməsi planı fəal həyata keçirilmə mərhələsində qalır. Onun məqsədi onilliklər boyu davam edən gərginlikdən sonra belə düzgün, sülh yönümlü və beynəlxalq səviyyədə tanınmış bərpa planının həll yolu ola biləcəyini nümayiş etdirməkdir", - məqalədə qeyd edilib.
Seçilən
33
3
azadmedia.az

4Mənbələr