AZ

Əli Kərimli dövrü bitir ANALİZ

Milli Şuranın sədri Cəmil Həsənli Əli Kərimli haqqında “nekroloq” yazdı

Yalan və böhtanlarla siyasətdə uğur qazanmaq mümkün deyil. Çünki siyasət düzlüyü və ədalətli mövqeyə əsaslanır. Ola bilər ki, populist çıxışlarla, şirnikləndirici vədlərlə diqqət mərkəzinə çevrilib, reytinq qazanmaq olar. Lakin bir qədər sonra hər şey aşkarlanır və bu zaman həmin siyasi dəllal yüksəklikdən yuvalanıb ayaqlar altına düşür. Eyni ilə dağıdıcı müxalifət düşərgəsində yer alan boşboğaz məxluqlar kimi. Uzun illərdir ki, AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər, Arif Hacılı və digərləri yalan vədləri, populist çıxışları ilə cəmiyyətin diqqətini özlərinə cəlb etməyə və siyasi imic qazanmağa çalışıblar. Lakin onlar arzu etdikləri xəyallarını gerçəkləşdirə bilmirlər. Çünki cəmiyyət siyasi cəhətdən kifayət qədər yetkindir və nəyin yaxşı, nəyin pis olduğunu gözəl anlayır. Bu baxımdan dağıdıcı boşboğazların söylədikləri əhəmiyyətsiz fikir olaraq dəyərləndirilib, rədd edilir. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, siyasi imicdən məhrum olunan partiya sədrlər ictimai rəyin rəğbətini qazana bilmədikləri üçün istefa vermək məcburiyyətində qalırlar. Belə vəziyyətlə hazırda AXCP sədri Əli Kərimlinin üzləşdiyi müşahidə edilir. Faktlar və AXCP-də gedən acınacaqlı proseslərə əsasən demək olar ki, Ə.Kərimlidən öncə partiyanın kollegial orqanlarında təmsil oluna şəxslər istefa verirlər. Bir neçə gün öncə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli Ə.Kərimlinin yanlış, səhv siyasət aparmasına etiraz əlaməti olaraq partiyadan istefa verdiyini bəyan etmişdir. A.Yusifli istefa ərizəsində AXCP-nin parlament seçkilərini “boyok” qərarının yanlış olduğunu və Ə.Kərimli bu qərarı verməklə cəbhəçilərə açıq şəkildə hörmətsizlik nümayiş etdirdiyini qeyd edib.

İlham Hüseyn əvvəl istefa verdi və sonra da pul qarşılığında qərarından imtina etdi

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin ardınca partiya daxili trol dəstəsinin başçısı İlham Hüseyn də istefa verdiyini açıqlayıb. O özünün sosial şəbəkə hesabında Ə.Kərimlinin cəbhəçilərin mənafeyinə zidd siyasətini sona qədər dözmək fikrində olmadığını və çıxış yolunu partiyadan istefa verməkdə gördüyünü bildirib. İ.Hüseyn A.Yusiflinin istefasının onu cəsarətləndirdiyini və ortaya istefa mədəniyyəti qoyduğunu qeyd edib: “Artıq mən bu yolu bitirirəm, hesab edirəm ki, yeni üzvlərə imkan vermək lazımdır. Hər birinizə uğurlar, istefa vermək özü bir mədəniyyətdir”.

Maraqlıdır ki, İ.Hüseyn AXCP-dən istefa verdiyini bəyan etsə də, partiyanın sədr müavini Fuad Qəhrəmanlı ilə “Nərimanov” metrostansiyasının yanındakı çayxanadakı söhbətdən sonra simasına uyğun mövqeyini dəyişib. Axşam saatlarında yenidən klavyaruta önünə keçərək iki fərqli status paylaşıb. Birincisində istefasından imtina etdiyini və AXCP-dəki yolunu davam etdirəcəyini qeyd edib. İki saat sonra həmin statusunu silərək ənənəvi metodlarından istifadə edib. Yazıb ki, guya onun səhifəsini oğurlayıb, adından AXCP-dən istefa verməsi haqqında status paylaşılıb. Əsl Ə.Kərimli qrupuna xas riyakarlıq və simasızlıqdır. Nədən ki, istefa verdiyin halda iki saat sonra fikrini niyə dəyişirsən? İkincisi, niyə məhz F.Qəhrəmanlı ilə görüşdən sonra Mark Zuckerbergə şər atmaq yolunu tutdun? Sual edilir, sən kimə lazımsan və sənin adına saxta səhifə hazırlamaq kimə lazım ola bilər? Təbii ki, uydurma və şişirdilmiş yalan və sərsəmləmədir. Əsl həqiqət isə ondan ibarətdir ki, AXCP-dən istefa vermisən və F.Qəhrəmanlı sonradan səni fikrindən daşındırıb. Nəyin qarşılığında, o da müəmmalı deyil. F.Qəhrəmanlı İ. Hüseynə adının yenidən AXCP-nin “maaş alanlar” siyahısına daxil ediləcəyi vədini verib. Hətta ona cib xərcliyi də verdiyi bildirilib. Bu vədlər İ.Hüseyni istefa qərarını geri oxumağa məcbur edib. Lakin hadisələrin inkişafı təsdiq edir ki, artıq AXCP-nin dağılması prosesi başlayıb və onun qarşısını kimlərinsə adlarını “maaş alanlar” siyahısına daxil etməklə almaq mümkün deyil. Yalnız bir halda AXCP-nin dağılmasının qarşısını almaq olar ki, o da KAXCP sədri Mirmahmud Mirəlioğlu, REAL partiyasının sədri İlqar Məmmədov kimi Ə.Kərimlinin də istefa mədəniyyəti göstərməsidir.

AXCP-nin fəaliyyəti sosial şəbəkələrdən uzağa getmir

AXCP-nin dağılmaqdan xilası yalnız qeyd olunduğu kimi Ə.Kərimlinin sədrlikdən istefasından keçir. Hələlik isə, Ə. Kərimli partiyanın əsas çoxluğuna qarşı çıxmaqdadır. Bu isə Ə.Kərimli ilə kollegial orqanların təmsilçiləri və sıravi cəbhəçilərlə ciddi qarşıdurma yaradır. Düzdür, elə şəxslər var ki, onlar ƏKərimlinin sədrlikdə qalmasında maraqlıdılar. Səbəb də onların Ə.Kərimli vasitəsi ilə böyük qrantlar almasıdır. Məhz qrant almaq xatirinə sosial şəbəkələr üzərindən Ə.Kərimlinin təbliğatını aparır, onun haqqında bər-bəzəkli tərifli statuslar paylaşırlar. Verilən məlumatlara görə, Ə.Kərimlinin yalançı təbliğatının aparılması üçün yüzlərlə saxta səhifələr yaradırlar. Xatırlatmaq lazımdır ki, AXCP-nin keçmiş təşkilat şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlu bildirmişdir ki, AXCP-dəki trolların əsas işi-gücü saxta profillər vasitəsilə partiya sədri Ə.Kərimlinin “like”larını artırmaqdır: “Saxta profillər kifayət qədər çoxdur. Rəyasət Heyətində elə şəxslər var ki, onlarla saxta profilləri var. Əli Kərimlinin statuslarına gələn 4-5 min “like”dən saxtaları çıxsaq, 200-300 bəyənmə ancaq olar. Çünki 70-80 faiz saxta profildir. Göstəriş Əlidən Məmməd İbrahimə gəlir. Profil sındırmaq da bunlar üçün adi hal alıb. Onlarda xüsusi kodlar var. Onun vasitəsilə ya profili bağlayırlar, ya da oğurlayırlar. Bunlar artıq o işlərdə “püxtələşiblər”. Ağaşirin Tanrıverdioğlu onu da qeyd etmişdir ki, partiyada bəzən 4-5 saat davam edən iclasın çox hissəsi Facebook səhifəsində sədrin statuslarının layklarının sayılmasına gedirdi: "Bu qədər xırdalıqlara getmək düzgün ola bilməz. Laykları saymaq düzgün siyasət ola bilməz. Mən bu xırdalıqların hər zaman əleyhinə olmuşam".

AXCP sədrinin keçmiş müavini, hazırda Milli Cəbhə Partiyasının sədri olan Razi Nurullayev də Ə.Kərimli tərəfindən Facebook-da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırıldığını bildirmişdir: "Bəzilərinin 100-110 saxta profili var idi. Facebook-da şərtlər sərtkləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var".

Bir sözlə, görünən ondan ibarətdir ki, Ə.Kərimli özünü saxta profillər yaratmaqla təbliğ etməyə çalışır. Bunun üçün partiya daxilidə trol dəstəsi yaratmaqdan çəkinmir. Lakin reallıqlara əsaslanaraq demək olar ki, artıq Ə.Kərimlinin AXCP-dəki dönəmi bitməkdədir. Çünki AXCP-dəki narazılıqlar məhkəmələrə qədər gedib çıxmaqdadır. Vəziyyətin heç də Ə. Kərimlinin xeyrinə işləmədiyini dərk edən Milli Şuranın sədri Cəmil Həsənli şərikinin durumundan acıdığını və ona kömək etməkdə çətinlik çəkdiyini bildirib. Hətta C.Həsənli sosial şəbəkə hesabında Ə. Kərimli haqqında boş və mənasız cızma-qarası ilə ona təskinlik verməyə cəhdlər göstərib. Bu isə ölüm yatağında olan şəxs haqqında əvvəlcədən yayılması üçün hazırlanan nekroloqa bənzəyir.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
sesqazeti.az

2Mənbələr