Sentyabrın 21-i saat 21:00-dan etibarən Bakı şəhərinin Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. Bu zaman yol bağlanmır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Mənbə: AZƏRTAC