AZ

Futbolçular ondan narazıdır – “Vatsapp”la start heyətini açıqlayır

“Bayern”in bir sıra futbolçuları baş məşqçi Vensan Kompaninin bəzi qərarlarından narahat olduqlarını bildiriblər.Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, onlar hesab edirlər ki, belçikalı mütəxəssis futbolçularından nə gözlədiyi barədə dəqiq təsəvvürə malik deyil.Komandanın futbolçuları baş məşqçinin ünsiyyət tərzindən razı qalmadıqlarından şikayətlənirlər. “Bayern”in qələbə qazandığı “Holştayn”la səfər matçından (6:1) əvvəl Kompani oyunun başlamasına bir gün qalmış “vatsapp” vasitəsilə start heyətini açıqlayıb və bu, oyunçular tərəfindən birmənalı qarşılanmayıb.Bu mövsüm Almaniya Bundesliqasında turnir cədvəlinə başçılıq edən “Bayern” bütün rəsmi matçlarda qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
komanda.az

2Mənbələr