İran prezidenti Ermənistan baş nazirinə və prezidentinə təbrik məktubu göndərib.
“Operativ Media” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
“İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və o gündən bəri iki ölkə bir-biri ilə mehriban qonşudur. Uğurlu haldır ki, iki ölkə arasında münasibətlər çoxşaxəli, hərtərəfli, güclü və sabitdir və gündən-günə inkişaf edir”, - deyə İran prezidenti Məsud Pezeşkian məktubda qeyd edib.