AZ

Efirlərdən uzaqlaşan azərbaycanlı müğənni üzə çıxdı

“Ürəyim yanar” mahnısı ilə məşhurlaşan müğənni Abbas Əhməd uzun müddətdən sonra üzə çıxıb. 

OLAY yazır ki, “Elgizlə izlə” verilişinə qonaq gələn 63 yaşlı sənətçi efirdən uzaqlaşmasının səbəblərindən danışıb.

Abbas bildirib ki, 17 il Moskvada olub: 

“Mən sizin rejissorunuza dedim ki, verilişinizə gəlib mahnımı oxuyub, çıxıb gedəcəyəm. Proqramınızın anonslarında vermisiniz ki, Abbas Əhməd harada itib-batıb. Mən bu bir il ərzində Azərbaycanda olmuşam. 14 fevralda iki konsert proqramında çıxış etdim. Mən həmkarlarım Sərxan Sərxan və İlqar Muradovla konsert verdik. İki ay bu konsertin reklam getdi və mənim şəkillərimi hər yerdə asmışdırlar. Bundan əvvəl isə mən 17 il Moskva şəhərində idim. Novruz bayramında Stolkqolma getdim. Orada konsert proqramında çıxış etdim və bir klipdə çəkdirdim. Məni görən deyir ki, sizə və mahnılarınızı dinləməyə ehtiyacımız var. Bu yay mən Bakının bir sıra dənizkənarı məkanlarında çıxışlarım oldu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
olay.az

3Mənbələr