AZ

Orta Dəhliz vasitəsilə tranzitin həcmi 20 dəfə artıb

Çinin Sian şəhərində keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Forumu çərçivəsində “Kazakhstan Temir Jolı NK” SC-nin (“Qazaxıstan Dəmir Yolları”) nümayəndələri Şensi vilayətinin qubernatoru Çjao Qan ilə görüşüblər.

Görüşdə quru limanları ilə bağlı iki birgə layihə – Almatıda yeni logistika mərkəzinin və RF Moskva vilayətinin Selyatino stansiyasında CRK terminal-logistika mərkəzinin tikintisi müzakirə edilib.

TITR marşrutu ilə, o cümlədən Avropa istiqaməti üzrə infrastruktur layihələrinin inkişaf perspektivləri də nəzərdən keçirilib.

Tərəflər vurğulayıblar ki, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq təkcə tranzit nəqliyyatın inkişafına və iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə vermir, həm də hər iki ölkə üçün mühüm strateji üstünlüklər yaradır.

Qeyd olunub ki, Sian şəhərinin quru limanında Qazaxıstan-Çin terminalı fəaliyyət göstərir. Bu obyekt Qazaxıstan vasitəsilə Avropaya konteyner qatarlarının hərəkətinin 30 faizini təmin edir. Limana idxal yüklərinin 40 faizi Qazaxıstandan daxil olur.

Sian şəhərində KTZ terminalının imkanlarının istifadəsi sayəsində bu ilin 8 ayı ərzində TITR marşrutu üzrə tranzit həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 dəfə artıb. Yüklərin Azərbaycana çatdırılma müddəti 11 günə, Gürcüstana isə 14 günə endirilib.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
banker.az

3Mənbələr