AZ

Metroda doğulan körpə üçün ömürlük pulsuz abunə

Brüsseldə metro stansiyasında uşaq dünyaya gətirən ana və körpəsinə ömürlük pulsuz metro abunəsi verilib.

Ötən bazar günü Brüsseldə metro stansiyasında körpə doğulub. Dəmiryol şirkəti Stib bu hadisəni sosial mediada açıqlayıb və bunun Brüsseldə bir ilk olduğunu bildirib. Ailə üzvləri və xilasetmə qrupları doğuş zamanı gənc anaya dəstək olub. Doğuşdan sonra Erasmus Xəstəxanasında müalicə alan ana və körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb. Körpəyə ömürlük pulsuz metro abunəsi verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
sam.az

1Mənbələr