AZ

Sement ixracı bu il Azərbaycana 31 milyon dollar - GƏLİR GƏTİRİB

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 31,6 milyon dollar dəyərində 510,9 min ton sement ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 434,8 min dollar və ya 1,4% artıb, miqdar ifadəsilə 36 ton və ya 6,6% aşağı düşüb.

2023-cü ilin 8 ayında isə Azərbaycandan 31,1 milyon dollar dəyərində 546,9 min ton sement ixrac olunmuşdu.

1 ton sementin orta ixrac qiyməti 2024-cü ilin 8 ayına görə 105 manata təşkil edib ki, bu da illik müqayisədə 8 manat (8,5%) bahalaşma deməkdir.

Ötən ilin eyni dövründə sementin orta ixrac qiyməti  97 manata bərabər olub.

Seçilən
10
fed.az

1Mənbələr