AZ

İraq vətəndaşları Türkiyədə 748 daşınmaz əmlak alıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında İraq vətəndaşları Türkiyədə 748 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 660 obyekt azdır.

Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin avqust ayında İraq vətəndaşları Türkiyədə 136 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə bir obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155 mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 9,9 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – avqust aylarında Türkiyədə 806 min 317 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

2024-cü ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara 2 min 257 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 26,2 faiz azdır.

Bu ilin yanvar – avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən 25 min 68 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
7
turkic.world

9Mənbələr