Avropanın iki böyük klubu "Çelsi"nin futbolçusunu heyətində görmək istəyir.
Offsideplus.az xəbər verir ki, "Bayern" və "Marsel" Mudriklə yaxından maraqlanır. Bu barədə "Todofichajes" məlumat yayıb.
Hər iki komanda oyunçunu qış "transfer pəncərə"sində icarəyə götürmək istəyir.
Qeyd edək ki, ukraynalı "Çelsi" formasında meydana çıxdığı 48 oyunda 5 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.