AZ

ABŞ niyə Türkiyəyə F-35 vermədi? - Hakan Fidan açıqladı

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaraya F-35 qırıcılarının satışını niyə təsdiqləmədiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, qardaş ölkənin baş diplomatı ABŞ Senatı ilə CAATSA-dan başqa heç bir problemin olmadığını bildirib.

“F-35 ilə bağlı amerikalıların qəbul etdiyi qanun var. Bəzi Rusiya məhsullarını alanlara sanksiya tətbiq edirlər, bunu qanuna çeviriblər. Amma indiki şərait bunların baş verdiyi vaxtdan fərqlidir. Bunun üçün müxtəlif düsturlar, hər iki tərəfdən təkliflər var. Müdafiə sənayemiz CAATSA-ya daxil edildi, bu durumdan çıxmaq istəyirik.

F-16 məsələsində olduğu kimi, iradəmizi ortaya qoyduq və buna uyğun bir plan qurduq. Amerika Senatındakı maneə aradan qaldırıldı. F-16 məsələsində heç bir siyasi maneə yox idi, amma F-35 CAATSA-ya ilişib qaldı. Yekun qiymətləndirməni edəcək qurum Müdafiə Nazirliyimizdir.

Hər iki tərəf ölkələr arasındakı münasibətlərdə əngəllərin olması ilə razılaşır”, - Hakan Fidan vurğulayıb.

CAATSA qanunu ABŞ-ın öz milli təhlükəsizliyinə təhdid hesab etdiyi İran, Rusiya və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Qanunun 231-ci maddəsinə əsasən, Rusiya ilə müdafiə və kəşfiyyat sahələrində işləyənlərə qarşı da sanksiyalar tətbiq oluna bilər. (teleqraf.com)

Seçilən
9
1
turkustan.az

2Mənbələr