AZ

“Morata Jirunu əvəz etməyəcək” – Kapello

Fabio Kapello “Milan”ın rəhbərliyində çalışan Zlatan İbrahimoviçin sözlərinə cavab verib.Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis qələbə qazanmaq üçün “Milan”ın bazasını təkmilləşdirməli olduğunu bildirib:“Televizorda bos sözlər eşitdim. Deyir ki, o, rəhbərlik edir, hə? Deməli, İbrahimoviç məsuliyyəti bölüşməlidir. Skudetto qazanan heyətdə bu yarımmüdafiəçilərdən heç kim yox idi. Qələbə qazanmaq üçün “Milan” bazasını təkmilləşdirməlidir. Oyunçu haradadır? Alvaro Morata Olivye Jirunu əvəz etməyəcək, çünki o, cərimə meydançasında “ön cəbhə”də oynayan “doqquz nömrə” deyil”.“Milan” cari mövsümün 5 matçında 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
komanda.az

1Mənbələr