AZ

Baş Qərargah rəisi hərbi attaşeyə informasiya ötürürümüş – Casusluq faktları açıqlandı

Moldovanın keçmiş Baş Qərargah rəisi İqor Qorqan dövlətə xəyanətdə və Rusiyaya casusluqda ittiham olunur.

İqor Qorqan Moldovanın Baş Qərargahına 2021-ci ilin sonuna qədər, yəni prezident Maya Sandu onu vəzifəsindən azad edənə qədər rəhbərlik edib.

2024-cü ilin iyununda “The Insider” dərgisi Qorqanın GRU kuratoru polkovnik Aleksey Makarov ilə Telegram yazışmalarına giriş əldə etdiyini, Moldovalı generalın məxfi məlumatları sızdırdığı və ölkənin daxili siyasi vəziyyət haqqında məlumat ötürdüyünü yazıb.

Jurnalistlər Qorqanın Rusiya kəşfiyyat orqanları tərəfindən nə vaxt “verbovka” olunduğunu dəqiq öyrənə bilməyiblər. Ancaq etibarlı mənbələr onun Rusiyanın Kişinyovdakı hərbi attaşesi, hazırda Qazaxıstanda hərbi attaşe vəzifəsini tutan Vadim Uxnalevlə gizli əlaqədə olduğunu dəqiqləşdiriblər.

Uxnalev getdikdən sonra Qorqana digər hərbi attaşe İqor Dovbnya nəzarət edib, o, hazırda Qırğızıstandakı Rusiya hərbi attaşelərinin aparatına rəhbərlik edir.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
azpolitika.info

1Mənbələr