AZ

Xaçmazda ağacəkmə aksiyası keçirildi sakinlərin görüş keçirildi

Pirquluoba kəndində növbəti səyyar qəbul keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Pirquluoba kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak edib.
Sakinlər yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, rabitə, internet və digər sahələrə dair müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
*****
Xaçmaz rayonunun Qoçaqlı kəndində ağacəkmə aksiyası keçirilib.
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası Qoçaqlı kəndində keçirilib.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının, idarə müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
İştirakçılar Qoçaqlı kənd stadionun ətrafına yerli iqlim şəraitinə uyğun gələn ağaclar əkiblər.
Məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Elnur Rzayev Qoçaqlı kənd stadionunda sakinlər tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olub.
Qeyd edək ki, sakinlərin təşəbbüsü və dəstəyi ilə kənd stadionun ətrafı abadlaşdırılıb, gecə işıqlandırması təmin edilib. Azarkeşlər üçün yeni oturacaqlar qoyulub, ətrafda 400-dən çox ağac əkilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
xalq.az

1Mənbələr