AZ

Türkiyə şirkətinin Azərbaycandakı filialı cərimələnə bilər

"Emre Dericilik Nakliyat Otomotiv İnşaat Kimya Sanayi Ve Dış Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
e-huquq.az

1Mənbələr