AZ

“Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyətinə yeni sədr təyin edildi

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) İdarə Heyətinə yeni sədr təyin edilib.

Banker.az xəbər verir ki, sığorta şirkətinin sədrinin vəzifəsindən getməsindən sonra səhmdarların Ümumi Yığıncağının qərarı ilə İlkin Mirzəyev Şahin oğlunu İdarə Heyətinin yeni sədri təyin ediblər. Buna qədər İdarə Heyətinin sədri Orxan Əfəndiyev Oqtay oğlu idi.

O, buna qədər İcbari Sığorta Bürosunda Maliyyə Departamentinə rəhbərlik edib.

Daha öncələr isə lisenziyası ləğv edilmiş “Günay Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Qeyd edək ki, ASS-nin Direkotlar Şurasının yeni sədri Rəşad Əhmədov da İSB-dən gəlib. O, 2024-cü ilin ikinci yarısında qədər İSB-nin icraçı direktoru idi.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Sığorta şirkətinin 11 milyon manat nizamnamə kapitalı olmaqla, səhmlərin 95%-i “Anadolu Investment Company” MMC-yə və 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
banker.az

1Mənbələr