AZ

Berdiyevin "gizli silahı"

"Turan Tovuz" mövsümə əla start verib.

Arxada qalan 6 turda məğlubiyyət yaşamayan bölgə klubunun aktivində 14 xal var.

Hazırkı liderin parlaq çıxışı daha çox Kurban Berdiyevə bağlanır.

Həqiqətən, türkmənistanlı mütəxəssisin uğurlu seriyada payı az deyil.

Amma meydançadakı icraçıları da unutmaq olmaz.

Əcnəbi çalışdırıcının əlinin altında son iki ildə yığılan sabit heyət var.

Və bir də Kristian Da Silva.

O, Ayxan Abbasovun "Turan"a gətirməyi çox istədiyi ad olub. Sonda gəldi də...

Lakin məlum ayrılıq birgə işləmələrinə mane oldu.

Abbasova qismət olmasa da, seçimindən Berdiyev kifayət qədər səmərəli faydalana bilir.

Mövsümün əvvəli "Turan"a transfer edilən sabiq "Sabah"lı hər kəsi təəccübləndirməyə davam edir.

35 yaşlı braziliyalı qısa müddətdə önəmli fiqura çevrilməyi bacardı.

Hətta kapitanlıq sarğısına layiq görüləcək qədər.

Onun parlaq çıxışı əksər vaxt yarımmüdafiənin onurğası sayılan Serranonu belə kölgədə qoyur.

Müdafiə planında kritik müdaxilələrlə yadda qalır.

Əsas missiyası "qara iş" olsa da, hücum planında da aktivliyi yetəri qədər var.

Qazandığı topları sürətlə sivir uca çatdıra bilir.

Yaşının çox olmasına rəğmən zəngin təcrübəsi hesabını gücünü 90 dəqiqə nizamlı bölür.

Əbəs deyil ki, meydanın bütün nöqtələrinə özünü çatdıra bilir.

Uzaqdan zərbələri çox təhlükəlidir. Hətta bir dəfə bu üstünlüyündən istifadə edərək fərqlənməyi də bacarıb.

Bəlkə, əksəriyyət onun meydandakı iş əmsalına diqqət yetirmir.

Amma əminliklə cənubi amerikalıya bugünkü "Turan"ın "gizli silahı" demək olar.

XANOĞLAN/ SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr