AZ

İsrailin kiber hücumu zamanı moskvalının telefonu partlayıb

Moskvanın mərkəzində bir kişinin əlindəki telefon partlayıb. Bu, İsrailin dünənki kiberhücum zamanı baş verib.

Oxu24.com  xəbər verir  ki, bu barədə Mash yazır.

Arbatda Honor 70 telefonu partlayıb. Zərərçəkmiş qolundan xəsarət alıb.


Hadisə şahidləri təcili yardım çağırıb. Hazırda zərərçəkən axtarılır, telefon yoxlanılması üçün ekspertlərə təhvil verilib.

Livanda baş verən son hadisələr fonunda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları cihazın Mossad-ın Yaxın Şərq bazarında dəyişdirdiyi iddia edilən avadanlıq partiyasına aid olub-olmadığını öyrənmək qərarına gəliblər. Lakin ilkin məlumatlara görə, partlayışa səbəb Honor akkumulyatorunun həddindən artıq qızması ilə bağlıdır.

Kanal qeyd edir ki, “Huawei” və “Honor” smartfonları 2023-cü il oktyabrın 7-də İsrailə hücumdan əvvəl və HƏMAS silahlıları tərəfindən fəal şəkildə istifadə edilib. İsrail kəşfiyyat xidmətlərinin nümayəndələri Çin cihazlarının şifrlənmiş ekosisteminə görə onları sındırmağın çətinliyini qeyd ediblər.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
oxu24.com

1Mənbələr