AZ

"Harts"ın baş məşqçisi Azərbaycana səfər haqda: "Bu səyahət çox çətindir"

Şotlandiyanın “Harts” klubunun baş məşqçisi Stiven Neysmit Konfrans Liqasının əsas mərhələsindəki rəqiblərdən danışaraq, Belarus “Dinamo” klubu (Minsk) ilə Sumqayıtda keçiriləcək oyuna toxunub.

Sportal.az “Edinburgh News”a istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis ölkəmizdə baş tutacaq oyun haqda belə danışıb:

“Mən qarşılaşacağımız bir çox komandaları izləmişəm. Onların əksəriyyəti oxşar üsluba malikdir. Ən çətin hissə, yəqin ki, turnirin başlanğıcında olacaq. Çünki üç gün ərzində Azərbaycana və Aberdinə gedib-gəlmək olacağıq. Bu səyahət çox çətindir”.

Xatırladaq ki, Belarus çempionu Konfrans Liqasının  cari mövsümün bütün ev oyunlarını Sumqayıtda keçirəcək.

"Dinamo" ilə "Harts"ın görüşü oktyabrın 3-də Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və saat 20:45-də başlayacaq.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
sportal.az

1Mənbələr