AZ

Avropa Parlamenti Maduronun həbsinə çağırıb

Avropa Parlamenti Venesuela prezidenti Nikolas Maduronun beynəlxalq həbsinə və müxalifət lideri Edmundo Qonzales Urrutiyanın dövlət başçısı kimi tanınmasına çağırıb.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə AP-nin Strasburqda keçirilən plenar iclasında qəbul edilmiş qətnamədə deyilir.

Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır.


Sənəddə deyilir: “Biz Aİ və üzv dövlətləri Nikolas Maduronun insanlığa qarşı cinayətlərə görə beynəlxalq həbs qərarı tələb etməyə çağırırıq”.

Avropa Parlamentinin deputatları həmçinin, onların fikrincə, səslərin hesablanmasında kifayət qədər şəffaflığı təmin etməyən Venesuela Milli Seçki Şurasının üzvlərinə qarşı sanksiyaların bərpasına və ölkə hakimiyyətinə məhdudiyyətlərin gücləndirilməsinə çağırıblar.

Bundan əlavə, AP deputatları Qonzales Urrutianın Venesuelanın qanuni prezidenti kimi tanındığını elan ediblər. Onlar bütün Aİ ölkələrini rəsmi olaraq bu mövqeyi tutmağa və “onun 2025-ci il yanvarın 10-da vəzifəyə başlamasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə” çağırıblar. Parlamentarilərin fikrincə, bu baş verməsə, o zaman “regiondakı digər ölkələrə miqrasiya axınının bərpasını” gözləmək lazımdır.

 

Nigar

 

Seçilən
28
oxu24.com

1Mənbələr