AZ

14 yaşlı qız anasını öldürdü, ögey atasını yaraladı - VİDEO

ABŞ-də 15 yaşlı Karli Qreq anasını öldürməkdə və ögey atasını yaralamaqda ittiham olunur.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Missisipi ştatında baş verib.

Yeniyetmənin sözügedən qətli 14 yaşında olarkən törətdiyi deyilir.

Hadisə baş verən gün çəkilmiş təhlükəsizlik kamerası görüntülərində Qreqin anasını vurduqdan dərhal sonra mətbəxdə sakitcə gəzdiyi və telefonuna baxdığı görünür. 

İddiaya görə, Qreq anası Aşli Similini üzündən vuraraq öldürüb, daha sonra isə ögey atasını evə çağıraraq yaralayıb.
Məhkəmədə şahid kimi dindirilən ögey ata Hiif yeniyetmənin ona da atəş açdığını deyib.

Məhkəmədə yeniyetmənin vəkilləri qızın psixi xəstəliyi olduğunu və yaddaş itkisi yaşadığını bildiriblər.

Qreqin marixuana istifadə etdiyi və psixi sağlamlıq problemləri üçün dərman qəbul etdiyi üzə çıxıb.

Qətl, adam öldürməyə cəhd və sübutları dəyişdirmək ittihamları ilə mühakimə olunan yeniyetmə günahı sübuta yetirilərsə, ömürlük azadlıqdan məhrum edilə bilər.

Billurə Yunus

Seçilən
17
olke.az

1Mənbələr