AZ

Bu il kriptovalyuta sahəsində hansı dələduzluq yollarından isitfadə ediblər – NECƏ QORUNMALI

Sürətlə inkişaf edən kriptovalyuta aləmi təkcə investorları deyil, dələduzları da özünə cəlb edir. Belə ki, kriptovalyuta sahəsi pul qazanmaq baxımından geniş imkanlar təqdim etməklə yanaşı, həm də kifayət qədər təhlükəli təhdidləri özündə ehtiva edir. Bundan başqa, cinayətkarlar insanları aldatmaq və onların aktivlərini oğurlamaq məqsədilə müxtəlif üsullardan istifadə edirlər. Pulları və ya qeydiyyat yazılarını itirməmək üçün ən son dələduzluq tendensiyalarından xəbərdar olmaq və onlardan qorunmaq yollarını bilmək vacibdir.

FED.az biznes maliyyə portalı müxtəlif ölkələrdə kriptovalyuta investorlarına təsir edən daha geniş yayılmış dələduzluq növlərindən bəhs edəcək. Bu cür dələduzluq növlərinin necə işlədiyini və onları aşkar etmək üçün hansı əlamətləri axtarmağın lazım olduğunu anlamaq istifadəçilərə bu cür cinayətkarlara qarşı müdafiələrini gücləndirməyə yardımçı olacaq.

Qeydiyyat yazılarının satışı vasitəsilə dələduzluqlar...

Dələduzlar, adətən, istifadəçiləri qeydiyyat yazısı ilə bağlı məlumatlarını onlara verməyə inandırır və bunun üçün böyük məbləğdə pul vəd edirlər. Onlar bunun müqabilində kriptovalyutalardakı qeydiyyat yazılarına və əlaqəli bank hesablarına giriş əldə edirlər. Daha sonra dələduzlar özlərini satıcı kimi qələmə verərək mövcud olmayan məhsul və ya xidmətlər təklif edirlər. Dələduzlar onlara verilmiş qeydiyyat yazıları ilə bağlı olan bank hesablarına ödənişlər əldə edirlər və bu vəsaitləri elə həmin birjada kriptovalyuta almaq məqsədilə istifadə edirlər. Qurbanlar aldadıldıqlarını, heç bir mal əldə etmədiklərini başa düşdükdə və dələduzluq barədə məlumat verdikdə həmin qeydiyyat yazısı ilə əlaqəli bank hesabı dondurulur. Bu, qeydiyyat yazısı və hesab sahibi üçün kritik ola bilər, belə ki, ona qarşı dələduzluq barədə cinayət işi açıla bilər. Bundan başqa, hüquqi fəsadlarla yanaşı, maliyyə fəsadları da olacaq, nəticədə aktivlər itiriləcək.

Necə qorunmalı? Yadda saxlamaq lazımdır ki, kriptovalyuta birjalarında pul kisələrinin, habelə bank hesablarının məlumatlarını paylaşmaq və ya onları vermək olmaz. İstifadəçilər özlərini qorumaq üçün bank hesablarından və kriptovalyuta birjaları hesablarından istifadə qaydaları haqqında biliklərini artırmalı, şübhəli transaksiyalar üçün hesablarına nəzarət etməli, mütəmadi olaraq parollarını dəyişdirməli və iki faktorlu autentifikasiyadan istifadə etməlidir. Qeydiyyat yazısının etibardan salınmasına dair hər hansı bir əlamət olduqda istifadəçilər dərhal şəxsi bankı və kriptovalyuta birjası ilə əlaqə saxlamalı, həmçinin müştəri dəstək xidmətinə müraciət etməlidirlər.

SMS vasitəsilə dələduzluqlar...

Sözügedən dələduzluq növü saxta SMS-mesaj göndərərək qurbanı aldatmaqdan, istifadəçini transaksiyaya görə vəsait əldə etdiyinə və onun həyata keçirildiyinə inandırmaqdan ibarətdir. Dələduzlar mesajı bankdan və ya rəqəmsal pul kisəsi üçün tətbiqdən gələn həqiqi bildiriş kimi göstərə bilərlər. Bu, istifadəçiləri aldada bilər, belə ki, onlar düşünə bilərlər ki, onların bank hesablarına həqiqətən pul daxil olub. Nəticədə bu, sifarişlərin ləğvinə səbəb ola bilər.

Necə qorunmalı? Həmişə hər hansı bir transaksiyanı həyata keçirməzdən əvvəl bankda və ya elektron pul kisəsində ödənişə dair təsdiqi yoxlamaq lazımdır (iki dəfə yoxlamaq tövsiyə olunur). Ehtiyatla davranmaq, eləcə də ödənişə dair məlumatı yalnız SMS bildirişi ilə deyil, birbaşa şəxsi bankda və ya elektron pul kisəsində yoxlamaq lazımdır.

Elektron poçt vasitəsilə dələduzluqlar...

Bu sxemə uyğun olaraq, dələduzlar sosial mühəndislikdən istifadə edərək istifadəçiləri aldadırlar və onları real pullarının kriptovalyuta birjasının eskrou-hesabında olduğuna inandırmağa məcbur edirlər. Onlar rəsmi mesajlara oxşayan və pulların artıq eskrou-servisdə gözləməsindən bəhs edən saxta məktublar göndərirlər. Dələduzlar həmçinin istifadəçilərin şəxsi rəqəmsal valyutalarını onlara göndərmədikləri halda hesabları bağlamaqla hədələyə bilərlər. Dələduzların məqsədi istifadəçilərin şəxsi hesablarında real pul olmadığını başa düşməzdən əvvəl rəqəmsal valyutaları əldə etməkdir.

Necə qorunmalı? İlk növbədə, istifadə edilən servisin eskrou-hesablarda vəsait saxlayıb-saxlamadığını öyrənmək lazımdır. Məsələn, «Binance P2P» belə bir seçim təqdim etmir. Elektron poçt ünvanlarını və digər qeydiyyat məlumatlarını yoxlamaq məqsədilə xüsusi xidmətlərdən istifadə etmək olar (bir sıra rəqəmsal kriptovalyuta platformalarında bunlar var). Həmçinin gözlənilən transaksiyalar üzrə tam ödənişin olması üçün şəxsi bank hesabını və ya pul kisəsini mütəmadi olaraq yoxlamaq tövsiyə olunur.

Rubrikanı dünyanın aparıcı kriptovalyuta infrastrukturu təminatçısı olan “Binance” şirkəti təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
3
fed.az

4Mənbələr