AZ

Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 3 nəfər həbs
edildi, 4 nəfər barəsində isə həbs qərarı çıxarıldı.
Ermənistan İstintaq Komitəsinin yazılı açıqlamasına görə, aparılan istintaq və axtarışlar
nəticəsində hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 5-i
Ermənistan vətəndaşı, 2-si isə Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərindən
olmaqla 7 nəfər barəsində araşdırma başlanılıb.
İstintaq nəticəsində bu şəxslərin qanunsuz qrup yaradaraq hakimiyyəti zorla ələ keçirmək
və bu məqsədlə zorakılıq yolu ilə Ermənistan Respublikasının hökumət səlahiyyətlərini
mənimsəmək üçün hazırlıqlar gördüyü müəyyən edilib.
Bu şəxslərin çevriliş etmək məqsədilə 2024-cü ildə Ermənistan və keçmiş Qarabağ
sakinlərindən olan çoxsaylı şəxslərə ayda 220 min rubl (təxminən 2350 dollar) maaş
ödəməklə Rusiyada üçaylıq təlimlər keçdiyi aşkarlanıb.
Dövlət çevrilişi üçün təlim keçən şəxslərə ağır silahların istifadəsi öyrədilib və sonra
Ermənistana qayıdaraq əməliyyatlarda iştirak etmələri üçün təlimatalandırılıblar.
İstintaq çərçivəsində 3 nəfərin həbs edildiyi, 4 nəfər barəsində isə həbs qərarının
çıxarıldığı, dövlət çevrilişi cəhdində iştirak edən daha çox şəxsin olub-olmadığına dair
araşdırmaların davam etdiyi açıqlanıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
trt.net.tr

3Mənbələr