"Arsenal"ın sabiq futbolçusu Cey Emanuel Tomas həbs olunub. Sport24.az xəbər verir ki, veteran futbolçu narkotik maddə idxal etməkdə ittiham olunub.
O, Bankonkdan Böyük Britaniyaya qayıdarkən yaxalanıb. Cey və onunla olan 2 nəfərin çantasında təxminən dəyəri 799 min dollar dəyəri olan narkotik maddə aşkarlanıb.
Emnuel məsələ ilə bağlı məhkəmə qarşısına çıxacaq. Ölkə mətbuatının yazdığına görə onu 14 il müddətində həbs cəzası gözləyir.
Qeyd edək ki, Cey Emanuel Tomas "Arsenal" ilə yanaşı, "Qrinok Morton" (Şotlandiya), "İpsviç Taun", "Bristol Siti", KPR (hər biri İngiltərə) və Tailandın "PTT Rayonq" klublarının şərəfini qoruyub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta