AZ

Azərbaycan Kuboku: Yeni mövsümün püşkatma tarixi açıqlandı

Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək. Matc.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq. Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq. Ölkə kubokunun yeni mövsümündə Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları iştirak edəcək. Püşkatma mərasimi “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
10
matc.az

10Mənbələr