AZ

Tərtərin icra başçısı Şəhid ailəsini ziyarət edib - FOTO

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının vərayon Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə Sarıcalı kəndində Birinci Qarabağmüharibəsi şəhidi Yaqubov Fəqan Misir oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları iləmaraqlanıb.Qeyd edək ki, şəhid Yaqubov Fəqan Misir oğlu 1973-cü il iyun ayının 7-də Tərtərrayonunun Sarıcalı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbindəaldıqdan sonra Bərdə rayonunda 105 saylı Texniki Peşə Məktəbində sürücülük ixtisasınıöyrənmişdir. 1991-ci il iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətəçağırılmışdır. SSRİ dağıldıqdan sonra doğma vətənə qayıtmış və 1992-ci ilin əvvəllərindənhərbi xidmətini davam etdirmək üçün könüllü surətdə “Tərtər özünümüdafiə batalyonu”nadaxil olur. Bu batalyonun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda Ağdərə bölgəsindəerməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 1992-ci il avqust ayının 7-də Ağdərərayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. 28 sentyabr 2024-cüildə şəhidin nəşi tapılaraq Tərtər rayonunun Sarıcalı kəndində dəfn edilmişdir. Subay idi.Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanımƏliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
dia-az.info

1Mənbələr