AZ

Hindistan Ukraynaya artilleriya mərmiləri göndərir – Moskvanın tələblərinə məhəl qoymayıb

Hindistan Rusiyanın Ukraynaya artilleriya mərmiləri göndərməyi dayandırmaq barədə tələblərinə məhəl qoymayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi özəl mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, Moskva bu məsələni Nyu Dehli ilə ən azı iki dəfə bunu müzakirə edib.

Mərmilər Kiyevə birbaşa deyil, Avropa ölkələri, xüsusən də Çexiya və İtaliya vasitəsilə çatdırılır. Sursat istehsalı üçün Hindistan komponentləri İspaniya və Sloveniya vasitəsilə Ukraynaya daxil ola bilər.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov hindistanlı həmkarına deyib ki, Hindistanın dövlət müəssisələri də Ukrayna üçün mərmi istehsalı ilə məşğuldur.

Rusiya və Ukrayna müharibə zamanı bir neçə dəfə kəskin sursat çatışmazlığı ilə üzləşib. Moskva öz istehsalını və tədarükünü artırmaqla itkiləri kompensasiya etməyə çalışır. Ukrayna isə onları Qərb müttəfiqlərindən alır.

İyul ayında Hindistanın Baş naziri Narendra Modi Moskvaya səfər edib. Bu, onun Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Moskvaya ilk səfəri və yenidən seçildikdən sonra ilk xarici səfəri idi. Modi Putini dostu adlandırdı və Kreml bu səfərdən istifadə edərək onun müharibə səbəbindən beynəlxalq səviyyədə təcrid olunmadığını nümayiş etdirdi.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
azpolitika.info

1Mənbələr