AZ

Yusuf Yazıcı bu klublardan birinə keçəcək

Transfer pəncərəsinin bağlanmasına baxmayaraq klubsuz qalan və azad agent olan türk futbolçu Yusuf Yazıcının yeni klubunu İngiltərə mediası açıqlayıb.Metbuat.az xəbər verir ki, "HITC Football"ın xəbərinə görə, Yusuf “Aston Villa”, “Kristal Pelas”, “Brentford” və “Bornmut”dan gələn təklifləri dəyərləndirmək qərarına gəlib. Karyerasını İngiltərədə davam etdirmək istəyən Yusuf Yazıcı bu 4 komandadan birinə keçəcək.

Hər kəsin Səudiyyə Ərəbistanına getməsini gözlədiyi Yusuf Yazıcı daha yüksək təklif almasına baxmayaraq, gözlənilməz qərarla təklfiləri rədd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
metbuat.az

1Mənbələr