AZ

İdxalda dövlət sektorunun payı artıb


Bu ilin ilk 8 ayında Azərbaycana xarici ölkələrdən 12 milyard 763 milyon 883 min dollar dəyərində məhsul idxal olunub.
Yeniavaz.com
xəbər verir ki, idxal olunan malların 3,3 milyard dolları və ya ümumi idxalın 24,8%-i dövlət sektorunun payına düşüb.
Yanvar-avqust aylarında reallaşan idxal əməliyyatının 64,2%-i özəl sektor, 10%-i isə fiziki şəxslər tərəfindən həyata keçirilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxalda dövlət sektorunun payı artıb, özəl sektorun və fiziki şəxslərin payı azalıb. Belə ki, ötən ilin ilk 8 ayında idxal olunan malların 18,2 faizi dövlət sektorunun, 70,5%-i özəl sektorun, 11,4%-i isə fiziki şəxslərin payına düşüb.

Elnur Əli
Seçilən
8
1
yeniavaz.com

2Mənbələr