AZ

Azərbaycanın xaricə satdığı elektrik enerjisi 2 dəfə ucuzlaşıb - GƏLİRLƏR 5 DƏFƏ AZALIB

2024-cü ilin yanvar-AVQUST aylarında Azərbaycandan xaricə 57,5 milyon  dollar dəyərində 1 milyard 18,7 milyon  kvt/saat həcmində elektrik enerjisi ixrac edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Əvvəlki illə müqayisədə gəlirlər 257,5 milyon dollar (5,5 dəfə), elektrik enerjisinin həcmi isə 1 milyard 830,3 milyon  kvt/saat (2,8 dəfə) azalıb.

2023-cü ilin yanvar-avust aylarında  315 milyon dollarlıq 2 milyard 849 milyon  kvt/saat həcmində elektrik enerjisi ixracı edilib.

İxracın və gəlirlərin azalması fonunda xaricə satılan elektrik enerjisinin orta ixrac qiymətində də azalma müşahidə olunub.

Belə ki, hər min kvt/saat elektrik enerjisinin orta ixrac qiyməti hesabat dövründə 56 dollar (96 manat) olub.

2023-cü ilin yanvar-avqust aylarında isə orta ixrac qiyməti 111 dollar (188 manat) idi.

Beləliklə son bir il ərzində Azərbaycanın xarici ölkələrə satdığı elektrik enerjisi 54 dollar və ya 92 manat, başqa sözlə 49% ucuzlaşıb (hər kvt/ssat enerjinin dəyərisi son bir ildə 9 qəpik azalaraq 10 qəpiyə düşüb).

2024-cü ilin 8 ayının nəticələrinə görə, elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,32 %, qeyri-neft sektoru üzrə ixracında isə 2,64  % paya malik olub.

Seçilən
20
fed.az

1Mənbələr