AZ

Müğənnilərin toy qiymətləri: 2 mindən başlayır - SİYAHI

Müğənnilərin toy qiymətləri yenə müzakirə olunur. Xüsusən də Məhərrəmlikdən sonra toylara dəvət ediləcək müğənnilərin qiyməti maraqlı olur.

Mia.az xəbər verir ki, "Cebheinfo.az" şou biznes ulduzlarının son toy qiymətlərini araşdırıb.

Müğənni Nadir Qafarzadə "Cebheinfo.az" açıqlamasında deyib ki, o, bütün toyu idarə etmək üçün 10 min manat istəyir: "Ortaq qiymətə razılığa gəlirəm. Şadlıq evində toy başlayandan bitənə qədər məclisi peşəkarcasına idarə edirəm. Mənim idarə elədiyim toyda bayağı musiqilərdən söhbət gedə bilməz. Bəzən qonaqlar mənim ifamı, üslübumu birmənalı qarşılamırlar ki, niyə bu mahnını ifa etmirsiniz? Amma mən hər dəfə onlara demişəm ki, yalnız öz üslubuma uyğun olaraq ifa edirəm".

Başqa bir mügənni - Luna Əliyeva adı ilə tanınan Aygün Səfərliyevanın prodüseri bildirib ki, o, toylara razılaşma yolu ilə gedir: "Luna xanım daha çox bölgələrdə toylara dəvət olunur. Qiymət isə razılaşma yolu ilə müəyyən olunur. Normal halda bölgələrdə toy şənlikləri olduqda qiymət 2000-3000 arası dəyişir. Amma Bakıya yaxın ərazilərdə olduqda daha münasib qiymətə razılaşmaq olur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
12
mia.az

5Mənbələr