AZ

Makron Barnyenin nazirlər siyahısını rədd etdi- prezidentlə baş nazir üz-üzə gəldi...

Image

Fransa Prezidenti Emmanuel Makron ölkənin yeni Baş naziri Mişel Barnyenin kabinetində görmək istədiyi nazirlərin siyahısını qəbul etməyib.

“Monde” qəzeti bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Qəzetin məlumatına görə, son günlərdə hökumətin tərkibi ilə bağlı fikir ayrılığı səbəbindən dövlət başçısı ilə Baş nazir arasında münasibətlər pisləşib.

Fransa lideri parlamentdə cəmi 47 yer tutan sağçı Respublikaçılar partiyasının nümayəndələrinin hökumətdəki sayının əsassız olduğunu iddia edərək təklifi qeyri-məqbul hesab edib. Belə ki, Baş nazirin təklif etdiyi variantda onlar daxili işlər naziri, ədliyyə naziri və iqtisadiyyat naziri kimi əsas postlar da daxil olmaqla, hökumətdəki yerlərin dörddə birini və ya üçdə birini tutacaqlar.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
baki-xeber.com

5Mənbələr