AZ

"ABŞ sanksiyalarla Gürcüstana hücum etdi" -  Papuaşvili 

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsini ölkəyə hücum adlandırıb.

"Unikal" xəbər verir ki, onun sözlərini "Sputink Gürcüstan" sitat gətirib. 

Papuaşvili vurğulayıb ki, istənilən dövlətdə polis dövlətin nümayəndəsidir və buna görə də polisə hər hansı hücum ölkəyə qarşı təcavüzdür.

O qeyd edib ki, Gürcüstanın təhlükəsizlik qüvvələri və hakimiyyət orqanlarına qarşı sanksiyaların ləğvi ABŞ-lə münasibətlərin bərpası üçün şərtlərdən biridir.

Sentyabrın 16-da Birləşmiş Ştatlar ölkədə demokratiyanın sarsıdılmasında və insan haqlarının pozulmasında əli olduğuna inandıqları 64 Gürcüstan vətəndaşı və dövlət məmuruna qarşı sanksiya tətbiq edib. 

Gülayə Mecid 

Seçilən
137
15
unikal.az

10Mənbələr