AZ

MEDİA və EMTA seminar keçirdi - FOTO

Sentyabrın 19-da Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə energetika sahəsi üzrə ixtisaslaşmış jurnalistləri bu sahə ilə əlaqəli qanunvericilikdə nəzərdə tutulmuş terminlərlə, eləcə də yeni qaydalarla tanış etmək məqsədilə seminar keçirilib. 

"Unikal" xəbər verir ki, seminarı giriş sözü ilə açan EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov ölkəmizdə genişmiqyaslı enerji layihələrinin həyata keçirildiyini bildirib. O, dünyada ənənəvi enerji resurslarının bərpaolunan enerji resursları ilə əvəzlənməsi prosesinin müasir dövrün əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd edən İdarə Heyətinin sədri bu ilin noyabr ayında Azərbaycanın vacib qlobal tədbirə - COP29-a ev sahibliyi edəcəyini xatırladaraq Azərbaycanın təbliğində, aparılan islahatların həm ölkə, həm də beynəlxalq ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin əhəmiyyətli rolunun olduğunu deyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, Agentlik sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədilə müxtəlif qurumlarla əməkdaşlıqda bir sıra təlimlər, seminarlar və digər formatda tədbirlər təşkil edir. O, EMTA-nın bu istiqamətdə MEDİA ilə əməkdaşlığını və sözügedən seminarın təşkilini ümumilikdə energetika sahəsi üzrə ixtisaslaşan jurnalistlərin peşəkar fəaliyyətinə müsbət təsir göstərəcək addım kimi qiymətləndirib.

Seminarda EMTA-nın Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Elmar Güləliyev və BOEMDA-nın Bərpaolunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov  “Azərbaycan Respublikasının elektroenergetika sektoruna baxış və “yaşıl enerji”yə keçid”,  EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyev isə “Tikinti obyektlərinin elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması” mövzusunda təqdimatlarla çıxış ediblər.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında geniş müzakirə aparılıb.

Seçilən
15
50
unikal.az

10Mənbələr